Federal Təhqiqatlar Bürosu 11 sentyabra aid gizli sənədləri açmağı düşünür

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) ölkədə 2001-ci ilin 11 sentyabrında təşkil olunmuş terrorla bağlı gizli qalan sənədlərin açılmasını müzakirə edir.

Federal Təhqiqatlar Bürosu Nyu-York prokurorluğuna məktubla göndərib ki, açıqlanmağa uyğun olan məlumatların müəyyən edilməsi prosesi gedir. Bildirilib ki, bu iş ən qısa müddətdə yekunlaşacaq.

ABŞ prezidenti Co Bayden bu məsələdən məmnun olduğunu bildirib. O qeyd edib ki, hökumət seçki kampaniyası dövründə də söz verildiyi kimi, hər şeyin şəffaf olmasına çalışır.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzi və Pentaqona təşkil olunan hücumda 3 min şəxs həyatını itirmişdi.

Əvvəlki məqalə‘Facebook’ Rusiyaya aid 300 hesabı bağlayıb
Növbəti məqalədəİrandakı kütləvi edamlarda ittiham olunan keçmiş prokuror İsveçdə məhkəməyə çıxarılıb