BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”

BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”
23 Avqust 2021
Mətni dəyiş

Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.

Bu barədə BMT-nin uşaqlarla bağlı fondu UNICEF-in direktoru Henrietta For tviter səhifəsində yazıb.

Bildirilib ki, UNICEF Əfqanıstanda humanitar yardım fəaliyyətlərini davam etdirir.

“Bizim məqsədimiz Əfqanıstandakı bütün uşaqların hüquqlarının realizasiyası və qorunmasıdır. Bu gün təxminən 10 milyon uşaq humanitar yardıma möhtacdır. 1 milyona yaxın uşaq müalicəsizlikdən ölə bilər”, - qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun