Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib

Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib
2 Avqust 2021
Mətni dəyiş
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib. Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir: - Almaniya Federativ Respublikası; - Avstriya Respublikası; - Belçika Krallığı; - Çexiya Respublikası; - Danimarka Krallığı; - İrlandiya Respublikası; - İspaniya Krallığı; - İsveç Krallığı; - İsveçrə Konfederasiyası; - Kanada; - Lüksemburq Böyük Hersoqluğ - Malta Respublikası; - Niderland Krallığı; - Polşa Respublikası; - Portuqaliya Respublikası; - Serbiya Respublikası; - Sinqapur Respublikası; - Sloveniya Respublikası; - Slovakiya Respublikası; - Yunanıstan Respublikası. Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun