Rusiyada seçki məntəqələrində salamlaşmaq və qida qəbulu qadağan edilib

Rusiyanın İnsan Sağlığı və İstehlakçıların Qorunması Təşkilatı (Rospotrebnadzor) səsvermə məntəqələrində insanların salamlaşmasını və qida qəbulunu qadağan edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının saytında yayımlanan təlimatda qeyd olunub ki, namizədlərin və seçki prosesinin digər iştirakçılarının aralarındakı sosial məsafəni pozan salamlaşma və digər fiziki təmaslar qadağandır.

Bununla yanaşı, qurum sentyabr ayındakı seçkilərdə fəaliyyət göstərəcək bütün komissiya üzvlərinə Koronavirus (Covid-19) əleyhinə peyvənd vurdurmağı tövsiyyə edib.

Rusiyada 17-19 sentyabrda parlamentə və yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.

Əvvəlki məqaləABŞ-da istintaq orqanlarının jurnalistlərin məlumatlarına çıxışı məhdudlaşdırılıb
Növbəti məqalədəKreml: “Əliyevlə Putinin görüşündə strateji tərəfdaşlıq müzakirə olunacaq”