Pakistanda “TikTok” yenidən qadağan edilib

Pakistanda “TikTok”-a giriş yenidən məhdudlaşdırılıb.

Bununla bağlı Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məhdudlaşdırmanın səbəbi qadağan olunmuş materialların hələ də “Tiktok”-da olması və bu materialların yığışdırılması üçün heç bir iş görülməməsidir.

Beləliklə, Pakistanda 9 oktyabr 2020-ci ildən bu günə qədər “TikTok”-a 4 dəfə qadağa qoyulub.

Pakistan Hindistandan sonra Tiktoku qadağan edən ikinci Asiya ölkəsi olub.

Əvvəlki məqaləMisirdə Qurban bayramına görə 761 məhkum əfv edilib
Növbəti məqalədə9 minə yaxın vergi borcu olan şirkətə milyonluq tender verilib