Norveç Çini ölkə parlamentinə kiberhücumda ittiham etdi

Norveç Çini ölkə parlamentinə kiberhücumda ittiham etdi
20 İyul 2021
Mətni dəyiş
Norveç hökuməti bu ilin mart ayında ölkə parlamentinə kiberhücumun çinli hakerlər tərəfindən təşkil edildiyini bəyan edib. Bu barədə “Norway Today” nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Norveç XİN-in rəhbəri İne Eriksen Söreyde bəyan edib ki, kiberhücum “Microsoft Exchange Server” platformasındakı boşluqlardan istifadə edilməklə həyata keçirilib. Onun sözlərinə görə, cinayətin arxasında çinlilərin dayanmasını təkcə yerli mütəxəssislər deyil, Aİ ekspertləri və “Microsoft”un əməkdaşları da təsdiq edib. Norveç XİN başçısı qeyd edib ki, Çin hökuməti belə məsələlərə ciddi yanaşmalı və kiberhücumların qarşısını almalıdır. Onu da bildirək ki, artıq məsələ ilə bağlı Çinin Oslodakı səfiri XİN-ə çağırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun