Mali prezidentinə bıçaqlı hücum

Hərbi çevrilişdən sonra Maliyə rəhbərlik edən müvəqqəti prezident polkovnik Assimi Goitaya sui-qəsd olub.

Yerli mətbuatın yaydığı məlumata görə, prezident bayram namazı qılıb məsçidi tərk edən zaman hücuma məruz qalıb.

Hücum zamanı Goitanın yanında olan bir nəfərin yaralandığı və hücum edən şəxsin saxlanıldığı bildirilib.

Avqust ayındakı çevrilişin əsas şəxslərindən biri olan Gogita 2020-ci ilin mayın 24-də prezident Bah Ndav da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin həbs olunmasına tapşırıq vermişdi.

Gogita 7 iyunda keçid dövrünün prezidenti kimi and içərək vəzifələrini icra etməyə başlamışdı.

Əvvəlki məqaləFransada Makronu Hitlerə bənzədən afişalara görə araşdırma başladılıb
Növbəti məqalədəMisirdə Qurban bayramına görə 761 məhkum əfv edilib