Makron "Pegasus"-a görə mobil telefonunu və nömrəsini dəyişib

Makron "Pegasus"-a görə mobil telefonunu və nömrəsini dəyişib
23 İyul 2021
Mətni dəyiş

Fransa prezidenti Emmanuel Makron mobil telefonunu və nömrəsini dəyişib.

Buna səbəb "Pegasus" casus proqramının onun da telefonuna yüklənməsi ilə bağlı iddialardır.

Hazırda Makrona aid dörd telefon var və onlardan hansının aktiv olduğu bilinmir. Proqramın Makronun da telefonunda olub-olmaması ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

İsrailin NSO Group şirkətinin hazırladığı "Pegasus" casus proqramı vasitəsi ilə dünyada 50 mindən çox insanın şəxsi məlumatları ələ keçirilib.

Fransanın "Le Monde" qəzetinin yaydığı məlumata görə, qurbanlar arasında Fransa prezidenti Emmanuel Makron da var. Onu Misir hökuməti dinləyib.

Proqram vasitəsi ilə Azərbaycanda da mindən çox jurnalist, ictimai-siyasi fəal və müxalifətçi izlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun