Kreml: "Əliyevlə Putinin görüşündə strateji tərəfdaşlıq müzakirə olunacaq"

Kreml: "Əliyevlə Putinin görüşündə strateji tərəfdaşlıq müzakirə olunacaq"
20 İyul 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Kremldən verilən açıqlamaya görə, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.

"Görüşdə başda ticarət, investisiya, humanitar əməkdaşlıq olmaqla, Rusiya-Azərbaycan münasibətlərinin daha da gücləndirilməsi və strateji ortaqlıq kimi məsələlərin müzakirə olunması gözlənilir", - deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, iki ölkə lideri regional məsələləri də müzakirə edəcək.

"Xüsusi ilə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan 9 noyabr bəyanatından irəli gələn məsələlər müzakirə olunacaq", - deyə əlavə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun