Koronavirusun yeni ştammı qeydə alındı

Koronavirusun yeni ştammı qeydə alındı
20 İyul 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “lyambda” ştammının 30-dan çox ölkədə yayılmasını qeydə alıb. Bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove Tvitter hesabında yazıb. “Bu olduqca gənc ştammdır. Əsasən, Şimali və Cənubi Amerika ölkələrində yayılıb. İndiyədək 30-dan çox ölkədə qeydə alınıb”, - deyə Kerkhove deyib. Qeyd edək ki, “lyambda” ilk dəfə iyunun sonunda Braziliyada aşkarlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun