İranlı hakerlər ABŞ-ın hərbi və müdafiə şirkətlərini hədəf alır

İranlı hakerlər ABŞ-ın hərbi və müdafiə şirkətlərini hədəf alır
17 İyul 2021
Mətni dəyiş
İranın ABŞ və Qərb hədəflərini kiber məkanda istismar etmək səylərini artırdığı, sosial mediada Amerikanın hərbi personalını və müdafiə şirkətlərini manipulyasiya etmək məqsədilə kampaniya apardığı görünür. Facebook-da “Tısbağa qını” kimi tanınan bir qrup tərəfindən təşkil edilən Tehranın son kampaniyası kompüterlərinə zərərli proqram təminatına zərər vermək və məlumat çıxarmaq üçün bir sıra təkmilləşdirilmiş, saxta onlayn şəxslərdən istifadə edərək ABŞ hərbi qulluqçuları və böyük müdafiə şirkətlərinin işçiləri ilə əlaqə qurub. "Bu fəaliyyət arxasında kimin olduğunu gizlətmək üçün nisbətən güclü əməliyyat təhlükəsizlik tədbirlərinə əsaslanaraq yaxşı resurslu və davamlı bir əməliyyatın əlamətlərinə sahib idi" – deyə, cümə axşamı bir bloq yazısında bildirən Facebook bunu "daha geniş platformalararası kiber casusluq əməliyyatının" bir hissəsi adlandırıb. Bundan başqa, Britaniya və digər qərb ölkələrinin də müdafiə şirkətlərinin işçiləri də bunun təsirinə məruz qalıb. "Bu hesablar özlərini tez-tez hədəflərinin yerləşdiyi ölkələrdən işə götürənlər və müdafiə və aviasiya şirkətləri olaraq təsvir edirdi. Digər şəxslər xidmət, tibb, jurnalistika, QHT və hava yollarında çalışdıqlarını iddia edirdilər" – deyə, Facebook-un məluatında bildirilib "Araşdırmamız nəticəsində məlum olub ki, bu qrup internetdə sosial mühəndislik işlərinə çox vaxt sərf edib, bəzi hallarda məqsədləri üzərində aylarla işləyir. Söhbətləri platformadan kənarlaşdırmaq və hədəflərinə zərərli proqram göndərmək üçün müxtəlif əməkdaşlıq və mesajlaşma platformalarından istifadə ediblər" – deyə, Facebook yazısında bildirib. Facebook bildirib ki, o, hücuma məruz qaldan istifadəçiləri xəbərdar edib, saxta hesabları silib və zərərli domenlərin yayılmasının qarşısını alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun