İranda işsizlərin 40 faizdən çoxu ali təhsillidir

İranda işsizlərin 40 faizdən çoxu ali təhsillidir
19 İyul 2021
Mətni dəyiş

İranda işsizlərin 40.3%-i ali təhsili olan şəxslərdir.

İranın Dövlət Statistika Komitəsi ölkədə işsizliklə bağlı son statistikanı açıqlayıb. Statistikaya görə, ölkədə işsizlərdən 924 min 349 nəfəri ali təhsillidir.

Bundan əlavə, universitetdən məzun olan qadınlar arasında işsizlik vəziyyəti daha yüksəkdir. İşsiz ali təhsillilərin 4747 min 982 nəfəri qadınlardan, 449 min 412 nəfəri isə kişilərdən ibarətdir.

83 milyon əhalisi olan İranda 2 milyon 291 min 412 nəfər işsiz kimi qeydiyyata alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun