İlham Əliyev Qarabağda minaya düşüb həlak olan jurnalistlərin ailələrinə ev verib

22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev Qarabağda minaya düşüb həlak olan jurnalistlərin – AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onların ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, onların yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Əvvəlki məqaləKonfrans Liqası: “Qarabağ” və “Keşlə” mübarizəyə başlayır
Növbəti məqalədəQərbdəki yardımçıları ermənilərə yardım elədi, yoxsa onları bədbəxt elədi? – Rövşən Əliyev