Gürcüstanda digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq

Gürcüstanda digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq
21 İyul 2021
Mətni dəyiş

Gürcüstanda dövlət qurumları yaxınlığında yerləşən Avropa İttifaqı (Aİ), beynəlxalq təşkilatlar və ölkənin diplomatik münasibətləri olduğu dövlətlərin bayraqlarına zərər vuran şəxslərə qarşı cərimə tətbiq ediləcək.

Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanıb.

Qanun layihəsinin ilkin versiyasına əsasən, bayrağı zədələyən şəxs 1 000 lari (550 man) həcmində cərimə olunacaq. Eyni şəxs həmin hərəkəti təkrarlayarsa, hakimin qərarı ilə inzibati qaydada həbs oluna bilər.

Sənədin parlamentin növbədənkənar iclaslarında müzakirəsi planlaşdırılır.

Iyulun əvvəlində LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı Gürcüstan parlamentinin binası önündə dalğalanan Aİ bayrağı iki dəfə təhqir olunub. Bu fakt Aİ-nin Gürcüstandakı nümayəndəliyi və İttifaqa üzv 24 ölkənin səfirliklərinin birgə bəyanatında təəssüflə və xüsusi narahatlıqla vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun