Daha bir ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi edildi

Daha bir ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi edildi
22 İyul 2021
Mətni dəyiş
Madaqaskar Prezidenti Andri Radzuelinaya qarşı sui-qəsd cəhdi olub. AFP agentliyi xəbər verir ki, bu barədə Madaqaskar Prokurorluğu məlumat yayıb. Prokurorluğun yaydığı açıqlamada qeyd olunur ki, artıq sui-qəsdlə əlaqədar bir neçə nəfər həbs olunub. Saxlanılanlar arasında Madaqaskar, həmçinin xarici ölkələrin vətəndaşları var. Xatırladaq ki, iyul ayının yeddisində Haiti Prezidenti Jovenel Moiz sui-qəsd nəticəsində öldürülüb. Ötən gün isə Malinin müvəqqəti Prezidenti Assimi Qoitə qarşı sui-qəsd təşkil olunub. O, təsadüf nəticəsində sağ qala bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun