Çempionlar Liqası: Bu gün "Neftçi" "Olimpiakos"un qonağı olacaq

Çempionlar Liqası: Bu gün "Neftçi" "Olimpiakos"un qonağı olacaq
21 İyul 2021
Mətni dəyiş

Bu gün "Neftçi" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib "Olimpiakos" olacaq. "Georgios Karaiskakis" stadionunda gerçəkləşəcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. "Ağ-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər - təxminən 26 minədək tamaşaçı izləyə biləcək. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olacaq.

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)

Pirey, "Georgios Karaiskakis" stadionu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun