BDU-nun rektorunun müşaviri bıçaqlanıb

BDU-nun rektorunun müşaviri bıçaqlanıb
27 İyul 2021
Mətni dəyiş

Bakı Dövlət Universitetinin rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü İsimxan Mirzəyev polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - E.Hacıyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun