Azadlıq Radiosunun Belarusdakı müxbirləri 10 günlük həbsdən sonra sərbəst buraxılıb

Azadlıq Radiosunun Belarusdakı müxbirləri 10 günlük həbsdən sonra sərbəst buraxılıb
27 İyul 2021
Mətni dəyiş
Azadlıq Radiosunun Belarus xidmətinin iki müxbiri avtoritar rəhbər Aleksandr Lukaşenkonun ölkədəki müstəqil mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri çərçivəsində həbs olunduqdan 10 gün sonra azad edilib. İna Studzinskaya və Oleq Qruzdziloviç 26 iyul tarixində sərbəst buraxılsa da, naməlum cinayət işində şübhəli qaldıqları barədə məlumatlandıqlarını bildiriblər. Studzinskaya həbs olunmalarına etiraz olaraq doqquz gün, Qruzdziloviç isə üç gündür aclıq aksiyası keçirirdi. Azadlıq Radiosunun digər müxbiri Ales Daşçinski iyulun 23-də sərbəst buraxılmışdı. Üç jurnalist iyulun 16-da polis və təhlükəsizlik qüvvələrinin Minskdəki Azadlıq Radiosunun ofisləri də daxil olmaqla, mənzillərində və ofislərində axtarış aparıldıqdan sonra digər müstəqil jurnalistlərlə birlikdə həbs olunmuşdu. Studzinskaya, Qruzdziloviç və Daşçinskinin akkreditasiyaları keçən il Lukaşenkonun müxalifətin saxtalaşdırdığını söylədiyi mübahisəli prezident seçkilərindən sonra müxalifətə qarşı kampaniyası çərçivəsində ləğv edilmişdi. Belarus rəsmiləri mübahisəli səsvermədən sonra baş qaldıran kütləvi etiraz nümayişlərindən sonra müstəqil media qurumlarını və 50-dən çox qeyri-hökumət təşkilatını bağlamağa başlayıb. Müxalifət və Qərb Svetlana Tixanovskayanın səs çoxluğu qazandığını və Lukaşenkonu ardıcıl altıncı dəfə hakimiyyətdə qalması üçün nəticələri saxtalaşdırmaqda günahlandırmışdı. Azadlıq Radiosunun prezidenti Cemi Flay jurnalistlərin həbsini "Aleksandr Lukaşenkonun çarəsizliyinin sübutu" adlandırıb. İyulun 26-da Belsat televiziya kanalının müxbiri İhar İlyaş da 10 gün saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun