Əfqanıstan hökuməti ilə Taliban ilkin razılığa gəliblər

Əfqanıstan hökuməti ilə Taliban ilkin razılığa gəliblər
19 İyul 2021
Mətni dəyiş

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və Taliban arasında danışıqlar baş tutub.

Bir müddət əvvəl Əfqanıstanın keçmiş Prezidenti Həmid Karzayın da görüşdə iştirak edəcəyinə dair məlumat yayılmışdı. Ancaq naməlum səbəblərdən o, Dohaya səfər etməyib.

2 gün davam edən danışıqlardan sonra tərəflər birgə açıqlama yayıblar.

Bildirilib ki, tərəflər bütün qərarlarda Əfqanıstan xalqının maraqlarının nəzərə alınacağını razılaşdırıblar və o da qərara alınıb ki, konkret addımlar atılana kimi bu cür görüşlər davam etdirilsin.

Amerikanın yeni seçilən prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra, Amerika hərbçiləri və ümumilikdə NATO qüvvələri sülhməramlı kimi girdikləri Əfqanıstandan çıxmağa başlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun