Yaponiyada dünyanın ilk "yaşıl" investisiya fondu yaradılacaq

Yaponiyada dünyanın ilk "yaşıl" investisiya fondu yaradılacaq
18 İyun 2021
Mətni dəyiş
Yaponiyanın Mərkəzi Bankı (Yaponiya Bankı) iqlim dəyişikliyi problemlərinin həlli yolunda karbon qazının emissiyasının 2050-ci ilədək sıfıra endirməyi hədəfləyən Yaponiya dövlətinin proqramını nəzərə alaraq, özünün ilk "yaşıl" investisiya fondunun yaradacağını elan edib. Fondun təsis edilməsi prosesinə bu il başlanacağı gözlənilir və ümumi iqtisadi artıma yönələn hazırkı proqramın davamçısı olacaq. İqlim dəyişikliyi məsələləri iqtisadi fəaliyyətdəki irəliləyişə və qiymətlərə, habelə maliyyə şərtlərinə orta və uzunmüddətli perspektivdə son dərəcə böyük təsir göstərə bilər. Bu səbəbdən bank özəl sektorun səylərini dəstəkləməyin uzunmüddətli dövrdə makroiqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini düşünür. Qeyd edək ki, Yaponiya Bankı hazırda da COVID-19 pandemiyası ilə bağlı qəbul etdiyi ölçüləri saxlamaqdadır və "quantative easing" siyasətini davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun