Ukraynada qəzaya düşən sərnişin təyyarəsini Rusiyanın raketlə vurduğu iddia olunur

Ukraynada qəzaya düşən sərnişin təyyarəsini Rusiyanın raketlə vurduğu iddia olunur
10 İyun 2021
Mətni dəyiş

MH17 səfər nömrəli Malaziyaya aid sərnişin təyyarəsinin Ukraynada qəza törətməsi ilə bağlı cinayət işini aparan müstəntiq bildirib ki, təyyarənin Rusiya tərəfindən raketlə vurulmasına dair faktlar var.

Amsterdamdan Kuala Lumpura uçan təyyarə, 2014-cü ilin 17 iyul tarixində üsyançıların nəzarət etdiyi şərqi Ukraynada, rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında münaqişənin ən qızğın vaxtlarında qəzaya uğrayıb.

Qəza nəticəsində göyərtədəki 298 nəfər həlak olub, onlardan 196-sı Hollandiya vətəndaşı olub.

Beynəlxalq araşdırmaçılardan ibarət bir komanda uzun illərdir hadisə ilə bağlı sübutlar toplayıb, məsələni araşdırırdı. Nəhayət 2018-ci ildə təyyarənin Rusiyaya aid raketlə vurulduğu iddiası səslənib. Rusiya isə bu iddiaları rədd edib.

Bu günlərdə bu iş üzrə istintaqı aparan müstəntiqlər bildiriblər ki, təyyarənin Rusiya tərəfindən vurulmasına dair ciddi faktlar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun