Ukrayna: "NATO-nun üzvlük məsələmizlə bağlı susması böyük səhvdir"

Ukrayna: "NATO-nun üzvlük məsələmizlə bağlı susması böyük səhvdir"
9 İyun 2021
Mətni dəyiş

Ukrayna Baş nazirinin müavini Olqa Stefanişina bildirib ki, NATO-nun ən böyük səhvi Ukraynanın NATO-ya üzvlük məsələsində susmasıdır.

O bildirib ki, 2008-ci ildə NATO-nun Zirvə görüşündə (Buxarest sammitində) müzakirə olunub ki, NATO-ya üzv olmaq keçmiş ittifaq dövlətləri Gürcüstanın və Ukraynanın haqqıdır. Ancaq 13 ildir NATO bu məsələdə susur.

Ukrayna Baş nazirinin müavini NATO-ya böyük töhvə verə biləcəklərini bildirib.

Onun sözlərinə görə, Ukrayna Cənub qanadını gücləndirərək NATO ölkələrinin kollektiv təhlükəsizliyinə böyük töhvə verə bilər.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bundan əvvəl məsələ ilə bağlı demişdi ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağını elan etdik. Lakin vaxtını təyin etmədik.

“İndi Ukrayna və Gürcüstanın üzvlüyə yaxınlaşmasına kömək edirik. Onlara təhlükəsizlik islahatları aparmasına, silahlı qüvvələr üzərində demokratik nəzarəti gücləndirməsinə, tədricən NATO standartlarına və ittifaqa üzvlüyünə yaxınlaşmasına kömək edirik” - deyə Yens Stoltenberq əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun