Türkiyənin aparıcı şirkəti ilə memorandum imzalandı

Azərbaycan Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzaladıq” – deyə, o, paylaşımında qeyd edib.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.

Əvvəlki məqaləABŞ və Britaniya Airbus-Boeing mübahisəsinə son qoydu
Növbəti məqalədəRafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi