TBMM-də CHP-nin mafia-dövlət münasibətlərinin araşdırılması ilə bağlı təklifi rədd edilib

TBMM-də CHP-nin mafia-dövlət münasibətlərinin araşdırılması ilə bağlı təklifi rədd edilib
9 İyun 2021
Mətni dəyiş

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) mafia-dövlət münasibətlərinin araşdırılması ilə bağlı parlamentə təqdim etdiyi layihə rədd edilib.

Təklifi verən CHP-li millət vəkili Rafet Zeybək deyib ki, bir mafia liderinin fikirləri gündəmi müəyyən edir. Milyonlarla insan tərəfindən izlənir, izləməyənlər də izləyənlərdən danışılanları soruşur. Ona görə də, iddialar prokurorluqda araşdırılmalıdır.

Zeybək prokurorluğa da çağırış edib ki, iddialar araşdırılsın.

"Hörmətli prokurorlar, bir mafia lideri dövləti, onun yüksək məqamlarını təhdid edir, ittiham edir. Siz isə bütün bunların qarşısında səssizsiniz. Qorxmayın, susmayın", - deyə o, əlavə edib.

Türkiyə hüquq-mühafizə orqanlarının mafia lideri kimi axtarışa verdiyi Sədat Pekər son açıqlamaları ilə Türkiyədə siyasi gərginlik yaratmağı bacarıb. Pekər son açıqlaması ilə də diqqət çəkib.

“Azərbaycandakı qruplaşmanın (burada çox güman ki, mafiya qruplaşması nəzərdə tutulur – red.) rəhbərliyində olan şəxsdən danışdığımda xeyli əylənəcəyik. Bir ştativdə kameraya məğlub olacaqsınız. Zəkaya hörmət etməyi öyrənəcəksiniz”, - o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun