Seymur Baycanın romanı növbəti dəfə çap olundu

Seymur Baycanın romanı növbəti dəfə çap olundu
3 İyun 2021
Mətni dəyiş
Yazıçı-publisist Seymur Baycanın “18,6 cm” adlı kitabı üçüncü dəfə "Qanun" nəşriyyatında çap olunub. "18,6 cm" – yeni nəsil romandır. Əsərdə təsvir olunmuş əhvalatlar Azərbaycanda və Qafqaz ölkələrində cərəyan edir. Caz musiqisi kimi azad, səmimi və gözlənilməz təhkiyəsi olan müəllifin səsindən gündəlik həyatda rast gəldiyimiz tipləri tanıyacaqsınız. Bu əsərə yaxın keçmişimizin, artıq mövcud olmayan bir dönəmin xronologiyası da demək olar. Seymur Baycanın indiyə qədər “Körpüsalanlar”, “18,6”, “Ət və ət məhsulları”, “Ana ürəyi”, “Quqark”, “Adsız itin qayıdışı” adlı bədii kitabları işıq üzü görüb və oxucular tərəfindən maraqla qarşılanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun