Serj Sarqsyan müharibədə itkin düşənlərin sayını açıqladı: Rəsmi Yerevan xəbəri təkzib etdi

Serj Sarqsyan müharibədə itkin düşənlərin sayını açıqladı: Rəsmi Yerevan xəbəri təkzib etdi
17 İyun 2021
Mətni dəyiş
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi itkin düşən hərbçilərin sayını göstərən sənəd yayıb. Bu barədə “Sputnik Armenia” xəbər verib. Sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib. Sənədə əsasən, itkin düşənlərin sayı baş nazir Nikol Paşinyanın 14 aprel tarixində parlamentdə çıxışı zamanı iddia etdiyi kimi 321 deyil, təxminən üç dəfə çoxdur. Sənəddə itkin düşənlərin sayının 1064 nəfər olduğu bildirilir. Bundan başqa, onların ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib. Bundan əvvəl S.Sarqsyan Kotaykda təşviqat kampaniyası zamanı sənədin onun telefonunda olduğunu və ictimaiyyətə açıqlanacağını bildirmişdi. O qeyd edib ki, baş nazir itkin düşənlərin dəqiq sayını cəmiyyətdən gizlədərək fərqli rəqəm söyləyib. “Qoy heç olmasa çıxsınlar və insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - Sarqsyan belə deyib. Sarqsyanın açıqlamasına İstintaq Komitəsi rəsmi münasibət bildirib. Komitə 2021-ci il iyunun 16-sı üçün 275 erməni hərbçinin itkin sayıldığını, eks-prezidentin yaydığı məlumatın köhnə olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun