Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər

Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu haqda məlumat yayıb. V. Hüseynov səyahət edəcək şəxslərə lazım olan sənədlərin siyahısını açıqlayıb:

“Bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.

Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur”.

Əvvəlki məqaləAzərbaycanın “qara siyahı”ya saldığı erməni şərhçi ilə bağlı gərginlik
Növbəti məqalədəQarabağın statusunu regionda sülh bərpa edildikdən sonra həll etmək lazımdır – Lavrov