Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

Rumıniyanın paytaxtı Buxarestdəki “Superbet Chess Classic”in qalibi olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun turnirdəki qazancı bəlli olub.

Məlumatına görə, 36 yaşlı qqrossmeyster 90 min ABŞ dolları əldə edib.

6-cı yeri tutan Teymur Rəcəbov isə 22 min 500 dollar qazanıb.

Şəhriyar Məmmədyarov “Superbet Chess Classic”in sonuncu – IX turunda Maksim Vaşye-Laqravla heç-heçə edərək xallarının sayını 6-ya çatdırıb və çempion olub.

Əvvəlki məqaləAzərbaycanda təhsil tələbə krediti veriləcək – Fond yaradıldı
Növbəti məqalədəErmənistan “konyak” sözündən imtina edir