Paşa Kəsəmənski: "Seymur Həzi ilə bağlı yaranan problem araşdırılır"

Paşa Kəsəmənski: "Seymur Həzi ilə bağlı yaranan problem araşdırılır"
19 İyun 2021
Mətni dəyiş

İyunun 18-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (AXCP) Seymur Həzi ölkədən çıxışına müxtəlif yollarla problem yaradıldığını açıqlayıb. 

Seymur Həzi bildirib ki, o, "Buta Airways" şirkətindən Gürcüstana səfər üçün bilet almaq istəsə də, ödəniş edən zaman sistem heç bir kartla və heç bir platformada ödənişi qəbul etmir.

"Hakimiyyət mənə və Nigar xanıma (Həyat yoldaşı Nigar Həzi nəzərdə tutulur) qeyri-rəsmi xaricə çıxış qadağası qoyub. Sadəcə bilet ala bilmirik. Heç bir şəkildə. Ankara səfərimizin nəticələrindən belə narahat olduqları bəllidir. Bütün ili və illəri büdcənin hesabına dünyanı gəzirsiz, beynəlxalq əlaqələr qurursunuz. Deməli, qura bilmirsiniz ki, bizim bu münasibətlərimizdən belə narahatsınız. Yaxşısı budur bir cinayət işi açın, işi rəsmiləşdirin. Nigar da ölüm ayağında olan nənəsini görməkdən məhrum olmasın", - deyə Seymur Həzi bildirib.

"Buta Airways" şirkətinin mətbuat katibi Paşa Kəsəmənski isə bildirib ki, Seymur Həzi ilə bağlı yaranan problemdən artıq şirkətin xəbəri var. Onun sözlərinə görə, məsələ araşdırılır.

"Artıq bundan xəbərimiz var. Şirkət bununla bağlı araşdırma aparır. Bu gün qeyri-iş günüdür, ona görə də daha ətraflı məlumatı 1-ci gün verə bilərik", - deyə Paşa Kəsəmənski bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun