“Kuklalar” filminin rejissoru Çingiz Rəsulzadə vəfat edib

“Kuklalar” filminin rejissoru Çingiz Rəsulzadə vəfat edib
22 İyun 2021
Mətni dəyiş
Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib. Bu barədə “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib. O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib. Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb. Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun