Koronavirus dövlətlərin xarici borcuna mənfi təsir edib

Koronavirus dövlətlərin xarici borcuna mənfi təsir edib
12 İyun 2021
Mətni dəyiş

Koronavirus dünyanın bir çox yerində hökumətləri əlavə xərcləmələrə məcbur etdi.

Eyni zamanda, müxtəlif ölkələrdə karantinlərin tətbiqi insanları evdə saxlayıb və bu da vergi gəlirlərinin azalmasına səbəb olub. Bu vəziyyət isə dünya ölkələrinin borclanmasına mənfi təsir edib. Borclanan ölkələrin başında Yaponiya gəlir. İkinci yerdə isə Yunanıstandır. Sudan epidemiya dövründə əvvəlki illərə nisbətən daha çox borclanmaya məruz qalan ölkələrin siyahısında ilk üçlüyü tamamlayır.

Amerikada da ötən ilə nisbətən borclanmada artım var. Koronavirus epidemiyasının tamamilə aradan qalxmadığını nəzərə alsaq, gələcəkdə bu borcların daha da artması gözlənilir.

Azərbaycanda

Yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100,4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ümumi daxili məhsulun (ÜDM) 19 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar (14 milyard 996,5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.

Maliyyə Nazirliyindən bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Yanvarın 1-nə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun