İsraildə moda sektorunda heyvan dərisindən və kürkündən istifadə qadağan edilib

İsraildə moda sektorunda heyvan dərisindən və kürkündən istifadə qadağan edilib
10 İyun 2021
Mətni dəyiş

İsrail moda sektorunda heyvanların dərisindən və kürkündən istifadəni qadağan edən ilk ölkə olub. 

İsrailin ekologiya naziri Qila Qamliel bildirib ki, moda institutlarında heyvan dərisindən və kürkündən istifadəni qadağan edən qanunu təsdiqləyiblər. Yeni qanunla kürk və dərilər indi yalnız elmi araşdırmalar, tədris və dini rituallar üçün istifadə edilə biləcək.

Nazir bildirib ki, kürk və dərininin moda sektorunda istifadəsi hər il dünyada milyonlarla heyvanın ölümünə səbəb olur və onlara dəhşət yaşadır. O əlavə edib ki, bu, əxlaqsızlıqdır.

Yeni qanun yanvar ayından etibarən tətbiq edilməyə başlayacaq. Beynəlxalq heyvan haqları təşkilatları İsrailin bu qərarını tarixi qərar hesab ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun