İranda prezidentliyə namizədlər arasında türk-azəri müzakirəsi

İranda prezidentliyə namizədlər arasında türk-azəri müzakirəsi
9 İyun 2021
Mətni dəyiş
İranda 18 iyunda keçiriləcək 13-cü prezident seçkilərində iştirak edən namizədlərin Türkiyə - Azərbaycan müzakirələri diqqət çəkib. Namizədlər İranın dövlət kanalında ikinci debat zamanı türklər və azərbaycanlılarla bağlı müsbət fikirlər səsləndiriblər. Mühafizəkar namizədlərdən biri, keçmişdə İnqilab Keşikçiləri Ordusunun rəhbərlərindən olan Möhsün Rzai "Yaşasın Azərbaycan" şüarı ilə azərbaycanlı seçicilərin diqqətini çəkməyə başlayıb. Digər mühafizəkar namizəd İbrahim Rəisi də bildirib ki, Azərbaycan dilində danışan seçicilərdən ona zənglər gəlir və dəstək olurlar. "Hər biri mənə dəstəyini nümayiş etdirdi, buna görə onlara təşəkkür edirəm", - deyə mühafizəkar namizəd İbrahim Rəisi əlavə edib. İslahatçı namizəd Möhsün Mehralızadə isə Rəisiyə cavab verərək bildirib ki, bizim Azərbaycan dilində danışan vətəndaşlarımız yoxdur, Türk dilində danışan vətəndaşlarımız var. Mehralızadə rəqibini diqqətli olmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun