İkinci doza vaksini vurdurmayan şəxslərə verilən möhlət məlum olub

“Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir: “Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.

Əvvəlki məqaləDaha bir baş həkimin korrupsiya əməli aşkarlandı
Növbəti məqalədəXalid Hüseyni Amerikanın proyektidir – Seymur Baycan