İki kitab oğurlamaqda şübhəli bilinən gənclər polis tərəfindən saxlanılıb

İki kitab oğurlamaqda şübhəli bilinən gənclər polis tərəfindən saxlanılıb
7 İyun 2021
Mətni dəyiş
Səbail rayonunda kitab mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda deyilir ki, paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun