Fransada psixoloqlar etiraz aksiyası keçirib: "Biz sizi dinləyirik, siz də bizi dinləyin"

Fransada psixoloqlar etiraz aksiyası keçirib: "Biz sizi dinləyirik, siz də bizi dinləyin"
11 İyun 2021
Mətni dəyiş

Fransada bir qrup psixoloq peşələrinin yetərincə ciddiyə alınmamasına etiraz olaraq aksiya keçiriblər.

Fransanın Səhiyyə Nazirliyinin önündə toplaşan psixoloqlar və ixtisası psixologiya olan tələbələr peşələrinin ciddiyə alınmasını, statuslarının tanınmasını və bu sahəyə yatırım edilməsini tələb ediblər.

Polis etirazçılardan nazirlik binasından uzaqlaşmağı tələb etsə də, onlar bu tələbi qəbul etməyiblər.

"Xəstəxanaların hürr iradəsi üçün psixoloqlar ciddiyə alınmalıdır", "Biz sizi dinləyirik, siz də bizi dinləyin" şüarları ilə keçirilən aksiyada bildirilib ki, psixoloq həmkarlar ittifaqları ölkə ərazisində bu yöndə tədbirlərə başlayır.

Müxtəlif işçi həmkarlar ittifaqlarının da dəstək verdiyi askiya mətbuata açıqlamadan sonra başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun