Fransa Prezidentini küçənin ortasında şillələdilər

Fransa Prezidentini küçənin ortasında şillələdilər
9 İyun 2021
Mətni dəyiş
Fransa Prezidenti Emmanuel Makron Valans şəhərinə səfəri zamanı şillələnib. O, vətandaşlarla görüşərkən yerli sakinlərdən biri onun üzünə şillə vurub. Makronun şillə aldığı anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu video dünya mediasında böyük rezonans yaradıb. [video width="608" height="1080" mp4="https://www.abzas.net/wp-content/uploads/2021/06/y2mate.com-French-President-Macron-slapped-during-incident-in-southeast-France_1080p.mp4"][/video] Fransa Prezidenti Emmanuel Makron şillə məsələsini böyütməməyə çağırıb və fransızlarla görüşməyə davam edəcəyini deyib. Bu barədə “Le Dauphine” nəşri yazıb. Fransa dövlət başçısı qeyd edib ki, həmin hadisədən sonra onda heç bir qorxu hissi yaranmayıb: “Mən həmin adamın yanında dayanan insanlarla salamlaşmağa, onlarla şəkil çəkdirməyə davam etdim. Mən davam etdim və edəcəyəm. Məni heç nə dayandıra bilməz”. Makron hər şeyin qaydasında olduğunu deyib və hamını həmin hadisəyə az əhəmiyyət verməyə çağırıb: “Gəlin bu hadisəni şişirtməyək. Bu, diqqəti əksəriyyəti narahat edən digər problemlərdən yayındırmamalıdır. Fransızların əksəriyyəti dərin məsələlərlə maraqlanır. Nümayişlərdə iştirak edən təcavüzkar şəxslər ictimai müzakirələri ələ keçirməyə çalışırlar: onlar buna layiq deyillər. Bu məsələ çoxlarının həyatına təsir edən digər vacib mövzuları kölgədə qoymamalıdır”. Qeyd edək ki, Makrona şillə vuran və baş verənləri videoya çəkən şəxs saxlanılıb. Hazırda hər ikisi dindirilir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun