Ermənistanda bu gün sükut günüdür

Ermənistanda bu gün sükut günüdür
19 İyun 2021
Mətni dəyiş
Ermənistanda Seçki Məcəlləsinə uyğun olaraq bu gün sükut günüdür. İyunun 20-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki məntəqələri səhər saat 08:00-da açılacaq. Bundan başqa, elektron səsvermə də keçirilib. İyunun 13-də başa çatan səsvermə zamanı 650 nəfər səs verib. Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edir. Seçki məntəqələrinə gələn seçicilərə bütün 25 siyasi qüvvənin ayrı-ayrılıqda yer aldığı bülletenlər təqdim olunacaq və onlardan yalnız birini seçərək konvertə qoyacaqlar. Buna görə də seçicilərin bülletenə işarə qoymasına ehtiyac qalmayacaq. Ermənistanda seçkiləri işıqlandırmaq üçün 49 xarici və 68 yerli KİV akkreditasiyadan keçib. Prosesi 8 beynəlxalq və 19 yerli təşkilat müşahidə edəcək. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 2 milyon 583 min 823 nəfərin səsvermə hüququ var. 38 seçki dairəsində 2008 seçki məntəqəsi açıqlacaq. MPG/Gallup təşkilatının keçirdiyi sorğuya əsasən, Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ilk pillədə, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mülki müqavilə” təşkilatı isə ikinci pillədə qərarlaşıb.  - “Ermənistan” bloku – 28,7% - “Mülki müqavilə” partiyası – 25,2% -“Şərəf duyuram” bloku – 10,8% -“Çiçəklənən Ermənistan” partiyası – 5,4% -“İşıqlı Ermənistan” – 5,2% - Digər siyasi partiyalar – 12,7% Suala cavab verməkdə çətinlik çəkənlər – 12% Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 51,1%-i qatılacaq. Seçkilər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun liberal yönümlü tərəfdarları ilə “Qarabağ klanı” və erməni millətçiləri arasında 2008-ci ildən davam edən siyasi mübarizəni yekunlaşdırmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun