“Dostluq” kinoteatrı sökülür?

“Dostluq” kinoteatrı sökülür?
9 İyun 2021
Mətni dəyiş
Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Dostluq” (Drujba) kinoteatrının söküləcəyi deyilir. Bu barədə memar Elçin Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 1952-ci ildə tikilən bina “Stalinist” memarlıq dövrünə məxsus abidədir. Memar sözügedən kinoteatrın yerində çoxmərtəbəli binanın tikiləcəyini iddia edib. Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Saytımıza bildirildi ki, sözügedən tikili tarixi abidə deyil. Mövzu haqda Mədəniyyət Nazirliyinə də sorğu göndərdik. “Qafqazinfo”ya açıqlandı ki, “Dostluq” (Drujba) kinoteatrının binası nazirliyin balansında qeydiyyatda deyil. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə söküntü xəbəri haqda ünvanladığımız sorğuya isə hələ də cavab ala bilməmişik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun