BMT: Myanmada 1 milyon insanın köməyə ehtiyacı var

BMT: Myanmada 1 milyon insanın köməyə ehtiyacı var
17 İyun 2021
Mətni dəyiş

BMT Myanmada hərbi çevriliş nəticəsində ordu ilə xalq arasında yaranan silahlı insidentlərdən və iqtisadi çətinliklərdən sonra 1 milyon şəxsin köməyə ehtiyac duyduğunu bildirib. 

BMT-nin yeni hesabatı 1 fevral çevrilişindən sonra ölkədə yaranan vəziyyəti tam əhatə edir.

Hesabatda deyilir ki, ölkənin cənub bölgəsində 160 min 400 mülki şəxs öz evindən didərgin düşüb. 160 min şəxsin 100 mini Kayah sakinidir.

Döyüşlərin olduğu Kachində 11 min 654 nəfər, Shanda 15 min 271 nəfər, Chində isə 19 min 500 nəfər ordunun hücumlarına görə evlərindən didərgin düşüb.

BMT bildirib ki, bölgədə meşəlik və dağlıq ərazidə yaşayan şəxslərə təhlükəsizlik səbəblərindən kömək çatdırıla bilmir.

Bu ilin fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun