Azərbaycanın “qara siyahı”ya saldığı erməni şərhçi ilə bağlı gərginlik

Azərbaycanın “qara siyahı”ya saldığı erməni şərhçi ilə bağlı gərginlik
9 İyun 2021
Mətni dəyiş
Rusiyanın “Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-yə akkreditasiya olunması ilə bağlı məsələ gərginlik yaradıb. Bu barədə Rusiya KİV xəbər verir. Vaxtı ilə Qarabağa qanunsuz səfər etdiyi üçün şərhçi Azərbaycanın XİN-nin “qara siyahı”sına salınıb. UEFA-nın qərarına görə isə, çempionata ev sahibliyi edəcək ölkələrdən hər hansı birinə girişi qadağan olunmuş jurnalistlər digər ölkələrdə keçiriləcək matçları da işıqlandıra bilməz. Məsələyə Rusiya XİN də qarışıb. “UEFA idman şərhçisinin professional fəaliyyət göstərməsi üçün variantları yoxlayır”,  açıqlamada deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun