Azərbaycanın ilk Baş nazirinin qətlindən 101 il ötür

Azərbaycanın ilk Baş nazirinin qətlindən 101 il ötür
19 İyun 2021
Mətni dəyiş

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin qurucularından biri Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 101 il ötür.

Cümhuriyyətin ilk baş naziri və xarici işlər naziri 1920-ci ilin iyunun 19-da Tbilisidə qətlə yetirilib.

Cümhuriyyətin süqutundan sonra Gürcüstan paytaxtına gedən F.Xoyskini millətçi “Daşnaksütyun” Partiyası, “Nemezis” terror təşkilatının üzvü Aram Yerkanyan arxadan vuraraq öldürüb. Müxtəlif tarixi mənbələrə əsasən, qətl şəhərin o vaxtkı Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) Opera və Balet Teatrı yaxınlığında və ya keçmiş İrəvan meydanı (indiki Azadlıq meydanı) yaxınlığında baş verib.

Atəş nəticəsində F.Xoyski hadisə yerində ölür, yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasmməmədov isə ağır yaralanır. Xoyskinin hadisə yerində deyil, xəstəxanaya çatdırılandan sonra dünyasını dəyişdiyi qeyd olunan tarixi mənbələrə də rast gəlinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun