Azərbaycandan 10 ölkəyə neft ixracı baş tutmayıb

Azərbaycandan 10 ölkəyə neft ixracı baş tutmayıb
16 İyun 2021
Mətni dəyiş
2021-ci ilin may ayında Azərbaycandan 10 ölkəyə xam neft və neft məhsulları ixrac olunub. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, may ayında Azərbaycanın neft ixrac etdiyi ölkələrin sırasına Kanada da daxil olub. Ümumilikdə ilin dörd ayı ərzində ölkəmizdən 11 milyon 921,2 min ton həcmində (4 milyard 927,2 milyon dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib. İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azalsa da, ixracdan əldə edilən gəlirlər isə cəmi 2,8 faiz azalıb. İxrac həcmindən fərqli olaraq gəlirlərin böyük həcmdə azalmamasına səbəb xam neft və neft məhsullarının dəyərinin ötən illə müqayisədə artmasıdır. Ümumi ixrac həcminə nəzər saldıqda, İtaliyaya - 5 milyon 982,9 min ton (2 milyard 449 milyon 857,6 min dollar dəyərində), Hindistana - 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniyaya 865 min 947,2 ton (338 milyon 981,8 min dollar dəyərində) məhsul satılıb. Yanvar-may ayları ərzində xam neft və neft məhsulu ixrac etdiyimiz 20 ölkənin siyahısı:                       Təkcə may ayında isə Azərbaycandan ən çox İtaliyaya - 486 min 163,8 ton, İsrailə - 218 min 453,9 ton, Kanadaya - 139 min 519,1 ton, Tailanda - 138 min 370,3 ton, Böyük Britaniyaya - 89 min 810,2 ton, Tunisə - 63,1 min ton, Ukrayna - 30 min 935,7 min ton, İspaniyaya - 14 min 539,4 ton, Türkiyəyə - 2 min 390,5 ton, Rusiya – 81,8 ton xam neft və neft məhsul satılıb. May ayı ərzində Azərbaycandan böyük həcmdə neft alan ölkələrdən Hindistan, Xorvatiya, Belarus, Çin, İrlandiya, Almaniya, Rumıniya, Avstraliya, Portuqaliya və Çexiyaya ixrac baş tutmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun