Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu
18 İyun 2021
Mətni dəyiş
Almaniyanın “CureVac” koronavirus peyvəndinin effektivliyi cəmi 47 % olub. “RİA Novosti” bu barədə şirkətinin mətbuat xidmətinə istinadən xəbər yayır. Qeyd edilir ki, təxminən 40 000 könüllü üzərində aparılan testlərdən sonra bu nəticəyə gəlinib. Peyvəndin əvvəllər müəyyən edilmiş statistik müvəffəqiyyət meyarına cavab vermədiyi bildirilib. Xatırladılır ki, “CureVac” daha əvvəl Avropa Komissiyası ilə Avropa İttifaqı ölkələrinə perspektivli mərkəzləşdirilmiş peyvənd tədarükü üçün müqavilə imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun