Almaniya kəşfiyyatı “WhatsApp” yazışmalarını oxuya biləcək

Almaniya kəşfiyyatı “WhatsApp” yazışmalarını oxuya biləcək
11 İyun 2021
Mətni dəyiş

Almaniyada kəşfiyyat orqanlarına "WhatsApp" və buna bənzər tətbiqlər vasitəsilə həyata keçirilən şifrəli yazışmaları oxumağa icazə verən qanun layihəsi nazirlər kabinetindən sonra federal məclisdə də təsdiqlənib.

Federal məclisdə keçirilən səsvermədə layihə 280 səs əleyhinə, 355 səs lehinə olmaqla qəbul edilib. 4 millət vəkili neytral qalıb.

Beləliklə, Almaniyanın daxili kəşfiyyat xidməti, xarici kəşfiyyat xidməti və hərbi kəşfiyyat xidməti şifrəli yazışmaları oxuya biləcək. Qanun əyalətlərin yerli məclislərindən keçidikdən və prezident tərəfindən imzalandıqdan sonra tətbiq ediləcək.

Sənədin əsas məqsədinin ölkə daxilində ifrat sağçılarla mübarizə çərçivəsində Hərbi Kəşfiyyatla BfV-nin koordinasiyasını yaxşılaşdırmaq olduğu bildirilib. Qanun tətbiqə başladıqdan sonra, kəşfiyyat orqanlarının irqçilikdə və terror qruplaşmaları ilə əlaqədə şübhəli bildikləri şəxsləri izləməsinin qarşısındakə əngəl qalxacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun