Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi

Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi
19 İyun 2021
Mətni dəyiş

Almaniya vaksinasiyadan tam keçmiş və Avropa İttifaqı dövlətlərinin vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə icazə verməyə hazırlaşır.

Bu barədə “Dpa-international” agentliyi xəbər yayıb. Məlumata görə, Almaniyaya səfər icazəsi səyahətin məqsədindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil ediləcək.

Hazırda Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları yalnız xüsusi hallarda Almaniya Federativ Respublikasının ərazisinə daxil ola bilirlər.

Bildirilir ki, peyvənd sertifikatı təkcə polislər deyil, həm də aviaşirkətlər tərəfindən yoxlanılacaq.

Almaniya hökuməti yalnız Avropa İttifaqı tərəfindən istifadəsinə icazə verilmiş vaksinləri etibarlı (“BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun