ABŞ və Britaniya Airbus-Boeing mübahisəsinə son qoydu

Britaniya cümə axşamı Avropalı təyyarə istehsalçısı Airbus və ABŞ-dakı rəqibi Boeing ilə əlaqəli 17 illik tariflər mübahisəsinə son qoyulduğunu və ABŞ-la barışıq barədə razılığa gəldiklərini xəbər verib.

Məlumat Avropa İttifaqı və ABŞ arasında çərşənbə axşamı elan edilmiş bənzər razılaşmadan sonraya təsadüf edib.

Sözügedən mübahisə Ümumdünya Ticarət Təşkilatı tarixində ən uzun müddət davam edən konflikt kimi dəyərləndirilir. Britaniya höküməti cümə axşamı verdiyi açıqlamada bildirib ki, iri sərnişin təyyarələrinə dəstək məsələsindəki fikir ayrılıqları Atlantik okeanın hər iki tərəfində məhsullara qarşılıqlı tariflərin tətbiq olunmasına gətirib çıxarıb. Lakin nəhayət hər iki tərəf “bu qarşılıqlı tarifləri dayandırmaq üçün razılığa gəlib” deyə açıqlamada bildirilir.

Razılaşma Britaniyanın Beynəlxalq Ticarət Katibi Liz Truss və ABŞ Ticarət Nümayəndəsi Katerin Tai arasındakı danışıqlardan sonra əldə olunub.

Razılaşma Şotlandiya viskisi də daxil olmaqla bir çox məhsullara tətbiq olunan tariflərin dayandırılmasını təmin edir.

“Bugünkü razılaşma inanılmaz dərəcədə zərərverici bir problemin üstündən xətt çəkir”, Truss bildirib.

Böyük Britaniya artıq “ABŞ-la ticarət əlaqələrini yeni səviyyəyə” yönəldə biləcək deyən Truss əlavə edib ki, hər iki ölkə “Çin kimi gücündən istifadə edərək haqsız ticarət aparan ölkələrə qarşı birlikdə mübarizə apararaq, pandemiyadan qurtulmaq üçün daha yaxından çalışacaq”.

ABŞ Prezidenti Co Bayden də Aİ ilə mübahisələri bir kənara qoymaq və Çindən gələn təhdidlərin öhdəsindən gəlməyə çalışarkən uzunmüddətli Airbus-Boeing mübahisəsində barışıq barədə razılığa gəlib.

Əvvəlki məqaləAzərbaycan Ukraynaya qaz ixrac edə bilər
Növbəti məqalədəTürkiyənin aparıcı şirkəti ilə memorandum imzalandı