ABŞ hərbi kontingentinin bir hissəsini Yaxın Şərqdən çıxarır

Soldiers attached to the 101st Resolute Support Sustainment Brigade, Iowa National Guard and 10th Mountain, 2-14 Infantry Battalion, load onto a Chinook helicopter to head out on a mission in Afghanistan, January 15, 2019. 1st Lt. Verniccia Ford/U.S. Army/Handout via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. - RC110D3B25B0

ABŞ hərbi kontingentinin bir hissəsini Yaxın Şərqdəki bir sıra ölkələrdən çıxarmağa başlayıb.

Bu barədə “Wall Street Journal” xəbər verir.

ABŞ-ın bölgədəki hərbi mövcudluğunun yenidən təşkili çərçivəsində bir sıra qoşunlarını, təyyarələrini və raket əleyhinə sistemlərini Yaxın Şərqdən çıxaracağı bildirilir.

Hərbi texnikanın azalması ABŞ silahlı qüvvələrinin diqqətini Rusiya və Çinin çağırışlarına yönəltməsi ilə əlaqələndirilir.

Layihə çərçivəsində Pentaqonun İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından səkkiz “Patriot” raket əleyhinə müdafiə sistemini geri çəkdiyi də məlum olub.

Bundan əlavə, ABŞ THAAD sistemini Səudiyyə Ərəbistanından geri çəkməklə yanaşı, bölgədəki döyüşçülərin sayını da azaldır.

Əvvəlki məqaləDövlət Miqrasiya Xidmətinə 9,5 min əcnəbi müraciət edib
Növbəti məqalədəDaha bir Avropa ölkəsində maska taxma qaydası ləğv edilir