ABŞ dünyaya 500 milyon doza vaksin ianə edəcək

ABŞ dünyaya 500 milyon doza vaksin ianə edəcək
11 İyun 2021
Mətni dəyiş
Cümə axşamı Co Bayden administrasiyası 92 az və orta gəlirli ölkəyə 500 milyon doza Pfizer peyvəndi ianə edəcəyini açıqlayıb. Bayden bu elanı vermək üçün ən yaxşı yeri və zamanı seçib. Belə ki, o bunu Britaniyanın Kornuol şəhərində dünyanın ən inkişaf etmiş demokratik dövlətlərinin toplantısı olan G-7 zirvəsindən bir gün əvvəl elan edib. Bunu etməklə Bayden digər varlı ölkələrə də bu addımı atmağa təşviq etmək üçün zəmin yaradır. Ağ Evin məlumatına görə, yarım milyon doza Pfizer peyvəndi gələn ilin iyun ayına qədər göndəriləcək. Bu ilin sonuna kimi isə 200 milyon vaksinin göndərilməsi hədəflənir. Administrasiya ianənin “nəhəng demokratiyalarının dünya boyu insanları peyvənd etmək yolundakı koordinasiyalı səyləri üçün təməl yaradacağını” bildirib. Birləşmiş Millətlər Təşkilatının peyvənd paylama mexanizmi olan COVAX vasitəsi ilə çatırılacaq olan dozalardan əlavə ABŞ üzərinə bu ilin iyun ayının sonuna kimi 80 milyon doza ianə etmək öhdəliyi götürüb. Bundan əlavə, Birləşmiş Ştatlar COVAX-a 2 milyard dollar ianə edib. ABŞ öncə COVAX-a əlavə 2 milyard dollar pul ianə göndərməyə söz verib, amma indi həmin pulu 500 milyon doza vaksin almağa yönəldib ki, onların dəyərinin 3,5 milyard dollar olacağı təxmin edilir. Baydenin bu açıqlaması ABŞ-ın "yalnız daxilə fokuslanmış və dar düşüncəli" olmadığını göstərir, deyə "Chatham House"-un ABŞ və Amerika proqramının direktoru Lesli Vincamuri bildirib. Vincamuri təkcə Tramp dövründə deyil, Bayden administrasiyasının ilk aylarında da Vaşinqtonun, həddindən artıq çox tədarükə baxmayaraq, vaksin dozalarını paylaşmamasının qlobal narahatlığa səbəb olduğunu bildirir. Humanitar təşkilatlar bu addımı alqışlayır. Yoxsulluq və qarşısı alına bilən xəstəliklərə son qoymaq üçün işlər aparan The ONE Campaign təşkilatının icraçı direktoru Tom Hart digər G-7 ölkələrini də bu addımı davam etdirməyə çağırıb.             "Bu addım Amerikanın dünyada pandemiya ilə mübarizə aparmaq və ABŞ-ın qlobal liderlikdə nəhəng gücü haqqında böyük bir mesajdır" deyə Hart açıqlamasında bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun