Əli Həsənovun kürəkəni İsfəndiyar Mehbalıyev daxili işlər orqanlarından xaric edilib

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.

Əvvəlki məqaləFransa Prezidentini küçənin ortasında şillələdilər
Növbəti məqalədəDünyanın ən yaxşı universitetlərinin yeni reytinqi açıqlanıb